Bank Of Baku

Masallı Rayon Mərkəzi Xəstəxanasının qarşısında qanunsuz ağac kəsildiyi aşkarlanıb

Masallı Rayon Mərkəzi Xəstəxanasının qarşısında qanunsuz ağac kəsildiyi aşkarlanıb
# 04 may 2018 14:31 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı növbəti reyd keçirilib.

 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Masallı Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı ərazidə yaş köküstə 36 sm diametrliyində 1 ədəd şam ağacının qanunvericiliyə zidd olaraq kəsildiyi aşkar edilib.

 

Faktla bağlı akt tərtib edilib və təbiətə 700 manat  ziyan dəydiyi məlum olub.

 

Hazırda qanun pozucusunun müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR