Bakı 2015 Avropa oyunlarının məşəli Neftçala rayonunda olub - FOTO

Bakı 2015 Avropa oyunlarının məşəli Neftçala rayonunda olub - <span style="color: red;">FOTO
# 04 may 2015 15:33 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Gələn ay Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Salyan rayonundan sonra Neftçala rayonuna gətirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Neftçala şəhərin giriş qapısında qarşılanıb.

Xəzərin sahili olan Neftçalada məşəl estafeti saat 16:20-də start götürüb.

Məşəli qəbul edən Qarabağ müharibəsi əlili Ceyhun Mehdiyev 12 nəfərlə birgə yürüşü davam etdirib. 3700 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli Kür sahilində yerləşən Bayraq Meydanına çatdırıblar. Burada Neftçala uşaq gənclər idman məktəbinin futbol məşqçisi Dilavər Yaqubov məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı yandırıb.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Daha sonra Neftçala şəhəri sakini Coğrafiya fənni üzrə yarışmanın qalibi Aynurə Əliyeva Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb.

Yarışın rəmzi Neftçaladan Şirvana yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR