Xaçmazda avtomobil yanıb

Xaçmazda avtomobil yanıb
# 15 avqust 2015 19:22 (UTC +04:00)

Bakı-APA. Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu və mühərrik hissəsində elektrik naqilləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR