Avropa ölkələri Aİ-nin ortaq büdcəsinə vəsait ödəmək istəmir

 Avropa ölkələri Aİ-nin ortaq büdcəsinə vəsait ödəmək istəmir
# 25 oktyabr 2014 14:18 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Avropa Birliyinin bu il üçün 9 üzv ölkədən ortaq büdcəyə 3.286 milyard avro tələb etməsi bəzi ölkələrin narazılığına səbəb olub. APA-nın məlumatına görə, İngiltərə, Hollandiya, İtaliya və Yunanıstan Avropa İttifaqının bu tələbini haqlı saymayıblar.

2,1 milyard avro tələb olunan İngiltərənin baş naziri Devid Kemeron Brüsseldəki toplantıdan sonra mətbuat konfransında “Avropa Komissiyasında bəzi şəxslər hər zaman eyni şeylər söyləyirlər. Bunun texniki tənzimləmə olduğunu və üzvlərin bu vəsaiti ödəməsinin vacibliyini vurğulayırlar. Bu təşkilatın vacib üzvlərindən biriyik, ancaq qarşımızda bizdən 2 milyard avro tələb edən bir təşkilat var və 3 həftə ərzində bu vəsaiti ortaq büdcəyə köçürməyimizi istəyirlər. Bu, qəbul ediləcək bir hərəkət deyil. Əgər Avropa İttifaqı bu cür addımlar atmağa davam edərsə, üzv ölkələrdən birinin bu qurumdan çıxmaq istəməsinə təəccüblənmək lazım deyil” - deyə, qeyd edib.

İngiltərədən sonra Aİ-nin büdcəsinə ən yüksək ödəməni Hollandiya edəcək. Belə ki, bu ölkə ortaq büdcəyə 642,7 milyon avro ödəyəcək. İtalyanın 340,1 milyon, Yunanıstanın isə 89,4 milyon avro ödəcəyi bildirilib. Bu ölkələrlə yanaşı, Bolqarıstan, İrlandiya, Latviya, Macarıstan, Malta, Cənubi Kipr də ortaq büdcəyə müyyən məbləğ köçürməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR