Bakıda otelçilik üzrə kursları başa vuran 205 nəfərə sertifikatlar təqdim olunması mərasimi keçirilib - VİDEO

Bakıda otelçilik üzrə kursları başa vuran 205 nəfərə sertifikatlar təqdim olunması mərasimi keçirilib - <span style="color: red;">VİDEO
# 09 iyun 2015 08:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində otelçilik üzrə kursları başa vuran 205 nəfərə sertifikatlar təqdim olunması mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə təhsil naziri Mikayıl Cabbarov açıb.

Təhsil naziri çıxışında bildirib ki, peşə təhsilinin inkişafı prioritet sahələrdən biridir: “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında peşə təhsilinin inkişafı, bu sahəyə sahibkarların, işəgötürənlərin cəlb olunması nəzərdə tutulub. Bu məsələ ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən ardıcıl iş aparılır”.

M. Cabbarov qeyd edib ki, I Avropa Oyunları Azərbaycanın turizm zonası kimi nüfuzunun artmasına səbəb olacaq: “Xidmət sektorunda beynəlxalq standartlara cavab verən kadrların hazırlanmasına, mövcud heyətin peşəkarlıq səviyyəsinin artırılmasına ehtiyac yaranıb”.

“Abşeron Hotel Group” MMC-nin rəhbəri Mark Harald Ehler isə çıxışında bildirib ki, Təhsil Nazirliyi ilə əldə edilmiş razılaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər tərəfindən 430 nəfər şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçirilməsi nəzərdə tutulub: “İlkin mərhələdə 220 nəfər təlimlərdə iştirak edib. Tədbirdə qeyd olunub ki, peşə təhsili üzrə ilk dəfə keçirilən bu təlimlərin məqsədi I Avropa Oyunlarının keçirilməsi ərəfəsində Bakıda istifadəyə verilmiş yeni beş ulduzlu “Bulvar Hotel” və “İnturist Hotel” mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır. Təlim keçənlər həm Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş mehmanxanalarda, həm də “Absheron Hotel Group” MMC-nin tərkibinə daxil olan restoranlar şəbəkəsində işlə təmin olunmaq imkanı əldə edəcəklər”.

Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR