Gəncədə iki qardaşı maşın vurub - VİDEO

Gəncədə iki qardaşı maşın vurub - <span style="color: red;">VİDEO
# 09 aprel 2015 21:22 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 9-da axşam saatlarında şəhərin Neman Vəliyev küçəsində qeydə alınıb. Gədəbəy rayon sakini, Rövşən Mahmudov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yolun kənarı ilə gedən şəhər sakinləri 1997-ci il təvəllüdlü Cavid və Seymur Əlizadə əkiz qardaşlarını vurub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Seymurun xəsarətləri yüngül olduğundan ona ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Müxtəlif bədən xəsarətləri alan Cavidin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR