Azərbaycanda istehsal olunan sənaye məhsullarının 80%-dən çoxu özəl sektorun payına düşür

Azərbaycanda istehsal olunan sənaye məhsullarının 80%-dən çoxu özəl sektorun payına düşür
# 13 noyabr 2014 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 27,8 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 71,2%-i istehsal olunmuş mədənçıxarma bölməsində 35,6 mln. ton neft, 15,5 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,8%-ni təşkil edib, qida, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materialları, hazır metal məmulatları, elektrik avadanlıqları, avtomobil və qoşqular, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini 6,3% üstələyib, neft-qaz sektorunda isə 1,7% azalıb. Ümumi sənaye istehsalının 93,0%-i malların (əmtəələrin), 7,0%-i isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 80,6%-i özəl bölmədə istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR