Gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
# 29 iyun 2016 15:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Apellyasiya Məhkəməsində 15 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, iclasda hər iki şəxsin vəkilləri çıxış ediblər. Onlar müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Hakimlər məzuniyyətə getdikləri üçün prosesin avqust ayında davam etdiriləcəyini bildiriblər.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Əliyev 14 il, Y. Ərəbova 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev ötən il tutulublar. İttihama görə, Həsrət Əliyev gəlini ilə birgə 2001-ci ildə oğlu Elman Əliyevi qətlə yetirərək, doğrayıblar və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.

H. Əliyevin 85 yaşı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR