DSX əməkdaşları 13 kiloqramdan artıq narkotik maddənin Azərbaycana keçirilməsinin qarşısını alıblar

DSX əməkdaşları 13 kiloqramdan artıq narkotik maddənin Azərbaycana keçirilməsinin qarşısını alıblar
# 18 noyabr 2014 10:13 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən oktyabr ayında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində 11 halda 13 kiloqram 297 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Oktyabr ayının 5-də Biləsuvar rayon Biləsuvar kənd ərazisindəki zastavanın xidməti sahəsində “BYD” markalı Az 99-FT-854 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Kürdəmir rayon sakinləri Əsgərov Hafiz Ələsgər oğlu və Rəhimov İxtiyar Məhəmmədhüseyn oğlu ərazidə əvvəlcədən gizlədilmiş 4 kiloqram 800 qram tiryəki götürərkən saxlanılıb. Oktyabr ayının 18-də “Masallı-Yardımlı” magistral yolunun Arus kəndi ərazisindən keçən hissəsində Yardımlı rayon sakini Ələkbərov Cahid Mətləb oğlu su borusunun yanında plastik qabda gizlədilmiş 2 kiloqram 300 qram tiryək aşkar olunaraq götürülüb. Həmin gün “Ələt-Astara” magistral yolunun 142-ci kilometrliyində Cəlilabad rayonu ərazisində yolun kənarında Lənkəran şəhər sakini Hüseynov Rövşən Məzahir oğlu ağaclıqda gizlədilmiş 2 kiloqram tiryək, 470 qram heroini götürərkən saxlanılıb.

Oktyabr ayının 28-də Füzuli Füzuli rayon Böyük-Bəhmənli kənd ərazisindəki zastavanın xidməti sahəsində Aşağı Yağlıvənd kənd ərazisində dəmir yolu keçidinin ətrafında “Niva” markalı Az 99-AC-414 dövlət nömrə nişanlı avtomobildə olan 3 nəfər Gəncə şəhər sakini - Orucov Ceyhun Telman oğlu, Bakı şəhər sakinləri Mirzəyev Qədir Səftər oğlu və Əliyev Rasim Əbülfət oğlu saxlanılıb. Baxış keçirilərkən onların üzərindən 2 kiloqram 460 qram qurudulmuş marixuana və 2 ədəd 0,5 litrlik plastik qabda “Metadon” məhlulu aşkarlanıb.

Sərhəd buraxılış məntəqələrindən Azərbaycan keçmiş şəxslər gömrük orqanları ilə birgə yoxlanılarkən 2 halda “Biləsuvar” SNM-də 1 kiloq­ram 2 qram, 4 halda “Astara” SNM-də 161 qram, 1 halda isə “Şıxlı” SNM-də 4 qram narkotik vasitələr aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR