Bu il “Şahdəniz” yatağından hasil edilən qazın həcmi açıqlanıb

Bu il “Şahdəniz” yatağından hasil edilən qazın həcmi açıqlanıb
# 20 noyabr 2014 14:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində “Şahdəniz” yatağı Azərbaycan (Azərbaycan Dövlət Neft Şirkəti), Gürcüstan (GOGC şirkətinə), Bakı-Tbilisi-Ceyhan (BTC) şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib.

Yatağın operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu dövr ərzində yataqdan 7,25 mlrd. kubmetr qaz və 1,72 mln. ton (13,8 mln. barel) kondensat və ya gündəlik 26,6 mln. kubmetr qaz və 50 450 barel kondensat hasil edilib.

2006-cı ilin sonlarında “Şahdəniz”də hasilat başlanandan bu ilin üçüncü rübünün sonunadək yataqdan 55,2 mlrd. kubmetr qaz və 14,2 mln. ton (təqribən 113,3 mln. barel) kondensat hasil edilib.

2013-cü ildə mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində “Şahdəniz” hasilat sisteminin gündəlik maksimum gücü 966 mln. standart kubfut qaz və 55 000 barel kondensat səviyyəsinə qaldırılıb. “Şahdəniz” tərəfdaşları bu ilin axırına qədər hasilat gücünün təxminən 1 mlrd. 40 mln. standart kubfuta qədər artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırıb.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Gaz Dəhlizi Upsrim (6.7%) “Statoil” (15,5%), “Lukoil” (10%), “Niko” (10%), və TPAO (19%). Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və Azərbaycan hökümətinin (Cənub Gaz Dəhlizi Upstrim) aldıqları iştirak payları və “Total”ın TPAO-ya satdığı iştirak payı daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR