Şəkidə baş verən güclü zəlzələdən sonra bəzi evlər, məktəb və uçaq bağçaları qəzalı vəziyyətə düşüb - VİDEO

Şəkidə baş verən güclü zəlzələdən sonra bəzi evlər, məktəb və uçaq bağçaları qəzalı vəziyyətə düşüb - <span style="color: red;">VİDEO
# 05 sentyabr 2015 09:42 (UTC +04:00)

Şəki RİH-i başçısının köməkçisi Ziya Vəliyevin APA-ya verdiyi məlumata görə, zəlzələdən sonra Şəki rayon Fövqəladə Hallar Komissiyasının nəzdində yaradılmış işçi qrupunun iştirakı ilə zəlzələ episentrinə yaxın yaşayış məntəqələrin sakinlərinin müraciətləri əsasında evlərə baxış keçirilib.

İlkin baxış zamanı zəlzələnin episentrinə yaxın yaşayış məntəqələrində (Turan qəsəbəsi, Çayqaraqoyunlu, Qaratorpaq, Bolludərə və s. kəndlər) 250-dən yuxarı evdə müxtəlif dərəcəli çatlar, bir neçə evin yan divarında qismən uçma halı aşkar edilib. Rayonda bir neçə məktəb, uşaq bağçası, sosial obyekt binası və evlər qəzalı vəziyyətə düşüb.

Zəlzələ ilə əlaqədar FHN-in mütəxəssislərinin iştirakı ilə operativ qərargah yaradılıb.

Əhalinin müraciətləri əsasında FHN mütəxəssislərinin iştirakı ilə təkrar baxış keçirildikdən sonra zəlzələ nəticəsində rayonda neçə evin və sosial obyektin qəzalı vəziyyətə düşdüyü, hansı tədbirlərin görülməli olduğu dəqiqləşəcək.

Hazırda əhalinin müraciətləri əsasında yaşayış məntəqələrində yoxlamalar davam etdirilir.

Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikilidə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma baş verib. Əhalinin müraciətləri əsasında rayon FHK-nın üzvləri evlərə baxışı davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR