Lənkəranda avtomobil yanıb - FOTO - VİDEO

Lənkəranda avtomobil yanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 iyul 2014 18:37 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 15-də saat 19.00 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Cil kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəranın Diryan kənd sakini, 1978-ci il təvəllüdlü Rafiq Mirzəxan oğlu Kazımova məxsus “Niva” markalı, 10 LA 304 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən mühərrik hissəsi alışıb. Sürücü dərhal maşını saxlayaraq, yanındakı sərnişinlə birlikdə yerə atılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib. Onların səyləri ilə yanğın söndürülsə də, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğına avtomobilin mühərrik hissəsində elektrik naqillərinin qısaqapanmasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR