Bakıda iki nəfər intihar edib

Bakıda iki nəfər intihar edib
# 19 sentyabr 2015 09:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda iki nəfər intihar edib.

APA-nın əldə etdiyi məlumata görə, Sabunçu rayonu, Ramana qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahir Məmmədov özünü yaşadığı evdə asaraq intihar edib.

Digər intihar hadisəsi isə Xətai rayonunda baş verib. Rayon sakini Dilarə Əliyeva özünü yaşadığı binanın səkkizinci mərtəbəsində eyvandan ataraq intihar edib. Araşdırmalar zamanı onun ruhi əsəb xəstəsi olduğu məlum olub.

Hər bir faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR