Opera və Balet Teatrında “Sehirli alma” baletinin premyerası keçiriləcək

Opera və Balet Teatrında “Sehirli alma” baletinin premyerası keçiriləcək
# 21 may 2015 12:23 (UTC +04:00)

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Məlikməmməd” nağılının motivləri əsasında tamaşaya qoyulan balet uşaqlar üçün nəzərdə tutulub və tamaşanın premyerası 1 iyun - Uşaqların beynəlxalq müdafiə gününə həsr olunub.

Səhnə əsərinin dirijoru Əyyub Quliyev, quruluşçu baletmeysteri Pellumb Aqalliyay, quruluşçu rəssam əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Tamaşada əsas rollarda Timur Oduşev (Məlikməmməd), Faiq Qubatov (Padşah), Mehman Mərdanov (Təlxək), Cəmilə Kərimova (Məlikməmmədin sevgilisi), Anar Mikayılov (Div) və başqaları çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR