Əhməd Davudoğlunun nazir vəzifəsi təklif etdiyi müxalifətçilərin adları açıqlanıb - SİYAHI

Əhməd Davudoğlunun nazir vəzifəsi təklif etdiyi müxalifətçilərin adları açıqlanıb - <span style="color: red;">SİYAHI
# 26 avqust 2015 13:54 (UTC +04:00)

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, ana müxalifət - Cümhuriyyət Xalq Partiyasından (CHP) aşağıdakı millər vəkilləri təklif alıb: Dəniz Baykal, Ərdoğan Toprak, İlhan Kəsici, Gülsün Bilgəhan Toker (İsmət İnönünün nəvəsi) və Tekin Bingöl.

Milliyyətçi Hərəkat Partiyasından (MHP) Toğrul Türkeş, Meral Akşener və Kənan Tanrıkuluna nazir vəzifəsi təklif edilib.

Xalqların Demokratiya Partiyasından (HDP) isə ictimaiyyətin yaxından tanımadığı şəxslər – Müslüm Doğan, Ləvənt Tüzəl və Əli Heydər Konca hökumətdə vəzifə tutmağa dəvət edilib.

Xatırladaq ki, CHP və MHP müvəqqəti hökumətdə təmsil olunmayacaqlarını bəyan ediblər. HDP isə hökumətdə təmsil olunacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR