Mətbuat Şurasında veteran jurnalistlərlə görüş keçirilib

Mətbuat Şurasında veteran jurnalistlərlə görüş keçirilib
# 19 iyul 2014 14:00 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) veteran jurnalistlərlə görüş keçirilib.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş tədbiri MŞ sədri Əflatun Amaşov veteran qələm sahiblərinin mətbu irsimizin zənginləşməsində rolunu xüsusi vurğulayıb, onların əməyinin qiymətləndirilməsi sahəsində görülən işlərin rəhbərlik etdiyi qurumun daim diqqət mərkəzində dayandığını önə çəkib.

Ahıl jurnalistlər adından çıxış edən Telman Qarayev, Hökumə Əliyeva, Bəbir Hüseynov, Şakir Yaqubov və digərləri müxtəlif illərdəki fəaliyyətlərinin spesifik tərəflərindən söz açıblar. Onlar yaşlı yazarlara diqqət göstərilməsindən razılıqlarını ifadə ediblər.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov isə məclisin ictimai fəallığının daha da artdığını diqqətə çatdırıb.

Görüşün sonunda ahıl jurnalistlərə Azərbaycan Mətbuat Şurasının bayram hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR