ABŞ-ın 11 ştatı suriyalı qaçqınları qəbul etməkdən imtina edib

ABŞ-ın 11 ştatı suriyalı qaçqınları qəbul etməkdən imtina edib
# 17 noyabr 2015 01:37 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın 11 ştatı suriyalı qaçqınları qəbul etməkdən imtina edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Texas, Miçiqan, Florida, İllinoys, Şimali Karolina, Luiziana, İndiana, Arkanzas, Arizona, Alabama və Massaçusets ştatları bəyan edib.

Buna səbəb kimi isə “ictimai təhlükəsizlik” göstərilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner Suriyadan olan qaçqınlarla bağlı planların dəyişmədiyini bildirib: “2016-cı ildə azı 10 min suriyalı qaçqını qəbul etməyə planlaşdırmışıq. Düşünürəm ki, biz təhlükəsizliyi qorumaq şərti ilə bunu həyata keçirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR