Sabiq nazir müavininin məhkəməsində şahidlər ifadə verib

Sabiq nazir müavininin məhkəməsində şahidlər ifadə verib
# 20 noyabr 2015 10:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Miradil Həsənov və Rauf Aşurov ifadə verib. M.Həsənov bildirib ki, M.Səlimov ona məxsus firmadan tikinti materialları alıb. R. Aşurov isə ifadəsində tikilən binalar üçün layihələr hazırladığını, lakin pulunu ala bilmədiyini deyib.

Məhkəmə prosesi noyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR