Masallıda toyda qətlə yetirilən gənc ürəyindən bıçaqlanıb - YENİLƏNİB - FOTO - VİDEO

Masallıda toyda qətlə yetirilən gənc ürəyindən bıçaqlanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2015 14:23 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Şərəfə kəndindəki şadlıq sarayının qarşısında qeydə alınıb. Toy mərasiminə gələn qonaqlar arasında yaranan mübahisə qanlı sonluqla başa çatıb.

 

Belə ki, rayonun Ağakişibəyli kənd sakini, 1969-cu il təvəllüdlü Salman Kərim oğlu Qurbanov Masallının Məmmədxanlı kənd sakini, 1983-cü il təvəllüdlü İntizam Sakit oğlu Rzayevlə mübahisə edib.

 

Mübahisə zamanı S. Qurbanov üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə İ. Rzayevin döş qəfəsinin sol ön hissəsinə və ürək nahiyəsinə 3 zərbə vurub. Ölümcül yaralanmış İntizamı hadisə şahidləri dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da, çoxlu qan itirdiyindən, həkimlər ona yardım edə bilməyiblər.

 

Hadisəni törətməkdə təqsirli bilinən S. Qurbanov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onun barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

***

 

saat 11.37

 

Bakı. Hafiz Heydərov - APA. Masallı rayonunda qətl törədilib.

 

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Şərəfə kəndində yerləşən şadlıq evinin qarşısında qeydə alınıb. Kənd sakini Salman Qurbanov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi İntizam Rzayevi bıçaqlayaraq öldürüb.

 

Hadisəni törədən S. Qurbanov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR