Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək

Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək
# 28 mart 2015 12:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 20-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək.

APA-nın məlumatına görə, festivalın açılış mərasimi M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində opera janrında XX əsrin sonlarında bəstələnmiş iki əsərin videonümayişi və Muzey Mərkəzində “XX-XXI əsrin vokal musiqisinin nəzəri problemləri” mövzusunda elmi-nəzəri konfransın da keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR