Almaniya kəşfiyyatının rəhbəri ABŞ xüsusi xidmət orqanlarından asılılığı etiraf edib

Almaniya kəşfiyyatının rəhbəri ABŞ xüsusi xidmət orqanlarından asılılığı etiraf edib
# 22 may 2015 08:46 (UTC +04:00)

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, G. Şindler əsas səbəb kimi alman kəşfiyyatının ABŞ xüsusi xidmət orqanlarından asılılığını göstərib.

Bundestaqda keçirilən dinləmələrdə çıxışı edən G. Şindler rəhbərlik etdiyi qurumda daxili araşdırma aparacağını vəd edib.

Qeyd edək ki, aprelin son günlərində “Spiegel Online” nəşri ABŞ kəşfiyyatının 10 il ərzində Almaniya xüsusi xidmət orqanlarının texniki resurslarından istifadə edərək avropalı siyasətçilər, məmurlar və biznesmenləri izlədiyini iddia edib. Bu işlər Almaniya Federal Kəşfiyyat Xidmətinin xəbəri olmadan aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR