Bakıda Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 dekabr 2014 13:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Polşa İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçirilib.

APA-Economics”in məlumatına görə, Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Natiq Əliyev çıxışında bildirib ki, bu gün Azərbaycan və Polşa gələcək əməkdaşlıq çərçivəsində yeni istiqamətlərə nail olub.

N. Əliyev deyib ki, Azərbaycanla Polşa arasında istər iqtisadi, istərsə də siyasi münasibətlər çox yüksək səviyyədədir. Onun sözlərinə görə, bu gün bu münasibətlər bir çox ölkələr üçün nümunə ola bilər: “Bu gün ölkələrin iqtisadi-ticari əlaqələr daha yüksək səviyyədə ola bilər. İnanıram ki, ikitərəfli əlaqələr sayəsində bu əlaqələr də artırmaq mümkündür. Amma ümumilikdə ticarət dövriyyəsini qənaətbəxş adlandırmaq mümkündür. Azərbaycan enerji dəhlizi roluna da malikdir. Bu səbəbdən də Azərbaycana pul yatırmaq daha sərfəlidir. Buradan Rusiya, İran və Şərq ölkələrinə çıxış əldə etmək mümkündür”.

“Azərbaycan özünün enerji effektivliyini təmin edib. Enerji resurslarını əldə etmək ildən-ilə çətinləşir. Bu səbəbdən də Azərbaycanın Avropanın enerji təminatçısı rolunu oynamaq istəyi var. Biz bu sahədə əməkdaşlığa dəvət edirik. Bu təcrübəmizi Polşa tərəfi ilə də bölüşməyə hazırıq. Bundan başqa, Azərbaycan bərpa olunan enerji sahəsində də böyük işlər görüb və bu sahə də biz əməkdaşlığa hazırıq”, - deyə nazir qeyd edib.

Polşa-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri, Polşa baş nazirin müavini, iqtisadiyyat naziri Yanuş Pexoşinski isə bildirib ki, Polşa Azərbaycanın simasında özünə dost və tərəfdaş ölkəni görür: “Son illər Azərbaycanla Polşada arasında ticarət dövriyyəsi artıb. Amma məncə bu yetərli deyil. Azərbaycan və Polşa üçüncü ölkələrə də öz məhsullarını sata bilər”.

Nazir Azərbaycan şirkətlərini Polşaya sərmayə yatırmağa dəvət edib. Bundan başqa, polşalı nazir Azərbaycan şirkətlərini ölkəsinin fond birjasında iştirak etməyə çağırıb.

Sonda Azərbaycan və Polşa arasında maliyyə, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm sahələrdə əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu Azərbaycan tərəfindən Natiq Əliyev, Polşa tərəfindən isə Yanuş Pexoçinski imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR