“Paşa Kapital” Azərbaycan fond bazarında brokerlərin mart renkinqində liderliyini qoruyub

“Paşa Kapital” Azərbaycan fond bazarında brokerlərin mart renkinqində  liderliyini qoruyub
# 07 aprel 2015 13:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Mart ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə “Paşa Kapital” MMC başçılıq edir.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 125 mln. 537 min 864,20 manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 54 mln. 997 min 729,80 manat olan broker xidmətləri göstərmiş “Texnika Kapital Menecment” MMC şirkəti tutub. Renkinqdə üçüncü yerdə 13 mln. 155 min 312,60 manatla “Xalq Kapital” MMC qərarlaşıb.

Brokerlərin mart ayı üçün renkinqi:

Xidmətlərin həcminə görə yeri

Brokerlər

Əməliyyatlarının həcmi (AZN)

1 - (1)

Paşa Kapital MMC

125 537 864.20

2 - (4)

Texnika Kapital Menecment MMC

54 997 729.80

3 - (-)

Xalq Kapital MMC

13 155 312.60

4 - (3)

Unicapital ASC

8 097 257.90

5 - (2)

Çelsi Kapital MMC

7 795 925.20

6 - (5)

Brokdil-AZ MMC

5 527 500.00

7 - (-)

YapıKredi İnvest MMC

5 097 535.00

8 - (-)

AzFinance Invest MMC

895 580.90

9 - (7)

İNVEST-AZ MMC

551 760.00

10 - (-)

PSG-Broker MMC

551 760.00

11 - (-)

ADB Broker MMC

5 001.33

12 - (6)

Standard Kapital MMC

2 432.00

(Mart 2015) Renkinq repo əməliyyatlar istisna olmaqla dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR