Sərnişini döyərək pulunu və telefonunu alan avtobus sürücüsü 7 il azadlıqdan məhrum edilib

Sərnişini döyərək pulunu və telefonunu alan avtobus sürücüsü 7 il azadlıqdan məhrum edilib
# 14 noyabr 2014 08:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq cinayəti törətməkdə təqsirli bilinən Ramin Həsənov və Pünhan Qurbanovun məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R.Həsənov 7 il, P.Qurbanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bu il yanvarın 11-də Nəsimi rayonu ərazisində 82 nömrəli avtobusda Kürdəmir rayon sakini Ceyhun Ərəbxanovu döyərək, onun mobil telefonunu və pulunu alıblar. R.Həsənov 82 nömrəli avtobusun sürücüsü olub.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən Ramin Həsənov və Pünhan Qurbanov həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR