Azərbaycanda mal və nəqliyyat vasitələrinin məhdud məqsədlər üçün gömrük ödənişlərindən azad edilməsi proseduru dəyişib

Azərbaycanda mal və nəqliyyat vasitələrinin məhdud məqsədlər üçün gömrük ödənişlərindən azad edilməsi proseduru dəyişib
# 05 aprel 2015 14:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə də qərar verib.

Mallardan və nəqliyyat vasitələrindən istifadə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılış şərti buraxılışdır və gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər. İndiyə qədər gömrük orqanı tərəfindən müraciətə onun daxil olduğu tarixdən 3 iş günü müddətində baxılıb və şəxsə kağız üzərində yazılı formada icazə verilib. Dəyişikliyə əsasən, bu müddət 3 gündən 2 günə endirilib.

Nazirlər Kabineti müvafiq olaraq “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edib. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən azad edilməklə, sərbəst dövriyyəyə buraxılır. Qaydaya əsasən şəxslər malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə aldıqdan sonra həmin mallardan yalnız həmin icazədə göstərilmiş son istifadə prosedurunun məqsədləri üçün istifadə edə bilərlər. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. İndiyə qədər daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 3 iş günü müddətində baxılıb və bu Qaydaların pozulması halları mövcud olmadıqda, malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron formada icazə verilir. Dəyişikliyə əsasən bundan sonra ərizəyə baxılma müddəti 3 gündən 2 günə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR