Azərbaycan banklarındakı əmanətlərin 60%-dən çoxu milli valyuta ilə yerləşdirilir

Azərbaycan banklarındakı əmanətlərin 60%-dən çoxu milli valyuta ilə yerləşdirilir
# 16 dekabr 2014 12:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda yanvar-noyabr aylarında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 11,1% artıb.

Əmanətlərin 4,4 mlrd. manatı (ümumi həcmin 62,8%-i) milli valyuta ilə, 2,6 mlrd. manatı (ümumi həcmin 37,2%-i) isə xarici valyuta ilə qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR