Abdulla Abdullayevin şikayəti əsasında məhkəmə prosesi davam etdirilib

Abdulla Abdullayevin şikayəti əsasında məhkəmə prosesi davam etdirilib
# 13 noyabr 2015 14:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “A.M.A.Y” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə A. Abdullayevin vəkili çıxış edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Proses noyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Abdullayev bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR