Derek Hoqan: “ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılması istiqamətində hər zaman Azərbaycanla tərəfdaşdır”

Derek Hoqan: “ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılması istiqamətində hər zaman Azərbaycanla tərəfdaşdır”
# 21 noyabr 2014 08:54 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bu gün Bakıda keçirilən “Azərbaycan və Xəzər dənizi neft və qaz həftəsi”nin ikinci günündə bildirib.

“Hazırda ABŞ-ın 7 LNG layihəsi təsdiq edilib. Gələcəkdə bunu 50-yə çatdırmaq fikrindəyik. İndi ABŞ enerji inqilabı edir. Məhz bu regionla bazarlarda da sabitləşməyə kömək edəcək”, - deyə D. Hoqan bildirib.

“LNG qazı istehsalından sonra Xəzər qazına ABŞ-ın marağı azalacaqmı?” sualına D. Hoqan bu cür cavab verib: “Hesab edirəm ki, Xəzər qazı daha çox bizim Avropadakı tərəfdaşlarımız üçün əhəmiyyətlidir. Bizim üçün Azərbaycan, o cümlədən Xəzər regionu ölkələri hər zaman əhəmiyyətlidir”.

Diplomat deyib ki, Xəzər regionu ölkələri, həmçinin Azərbaycan ABŞ-ın enerji tərəfdaşlarıdır.

“ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılması istiqamətində hər zaman Azərbaycanla tərəfdaşdır”, - deyə D. Hoqan əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR