Yeni Türk kitabəsi tapılıb

Yeni Türk kitabəsi tapılıb
# 26 aprel 2013 22:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Yeni Türk kitabəsi tapılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin rəhbəri, Ərzurum Atatürk Universitetinin əməkdaşı professor dr.Cengiz Alyılmaz məlumat verib. Məlumata görə, Sian Tang Xanədanı Qərb Çarşı muzeyində türk, çinli, və avropalı elm adamlarının və bir çox ölkələrin mətbuat mənsublarının qatıldığı bir yığıncaqda kitabə ilk dəfə Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin rəhbəri, Ərzurum Atatürk Universitetinin əməkdaşı, Türk Dil qurumunun həqiqi üzvü Prof. Dr. Cengiz Alyılmaz tərəfindən oxunaraq aydınlaşdırılıb.

Prof. Dr. Cengiz Alyılmaz yeni tapıntı barədə fikirlərini belə açıqlayıb: "(Kök) Türkçə 17 sətrin olduğu kitabənin həmən sağ qismində, çox nadir rast gəlinən bir şəkildə, Çin dilində bir mətn də yazılıb. Yan-yana Türkcə və Çincə yazılmış bu kitabə kvadrat biçimində və təxminən 40 sm ölçüdədir. Türkcə və Çincə oxuma və mənalandırma işlərindən məlum olub ki, kitabə 19 yaşında həyatını itirmiş uyğur şahzadəsi Ər Çor (Ge Çor)un cənazəsi üçün hazırlanıb”.

Kitabənin, bu xalça ilə sözügedən dönəmdəki Uyğur-Çin ilişkilərinin yaxınlığını da ortaya qoyduğunu dilə gətirən C.Alyılmaz çıxışında bildirib: "Cənazə işləmələrinin Çin hökmdarı tərəfindən düzənləndiyi özəlliklə vurğulanan kitabədə bir-birini tamamlayan Türkcə və Çincə mətnlər yer alıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR