İlin əvvəlindən 44 mindən çox vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib

İlin əvvəlindən 44 mindən çox vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib
# 08 oktyabr 2014 15:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 44 073 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, 24 190 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 7 205 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 6 727 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 3 032 vergi ödəyicisi tərəfindən 4 183 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2 222 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 697 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 7 274 ədəd mal olduğu aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR