Yaponiyada vulkanın püskürməsi nəticəsində ölənlərin sayı 56-ya çatıb

Yaponiyada vulkanın püskürməsi nəticəsində ölənlərin sayı 56-ya çatıb
# 11 oktyabr 2014 17:25 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xilasedicilər bu gün dağın ətəyində bir meyit aşkarlayıblar. Bundan başqa, daha bir insan cəsədinin qalıqları aşkarlanıb. Onun kimliyinin müəyyən olunması məqsədilə DNT ekspertizası təyin edilib. Məlumata görə, 7 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, Ontake vulkanı sentyabrın 27-də püskürüb. Təbii fəlakət qurbanlarının əksəriyyətinin ölümünə səbəb vulkanının püskürməsi nəticəsində daşların səpələnməsi çoxsaylı xəsarətlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR