Səfir: “Ukrayna xalqı hansı problemlərlə üzləşirsə, bu ölkədə yaşayan azərbaycanlılar da o problemlərlə üzləşir”

 Səfir: “Ukrayna xalqı hansı problemlərlə üzləşirsə, bu ölkədə yaşayan azərbaycanlılar da o problemlərlə üzləşir”
# 09 iyul 2014 09:52 (UTC +04:00)

Bakı, Rüfət Əhmədzadə - APA. “Bu gün Ukrayna xalqı hansı problemlərlə üzləşirsə, bu ölkədə yaşayan soydaşlarımız da o problemlərlə üzləşir”.


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli söyləyib.


E.Mədətli deyib ki, Ukraynadakı azərbaycanlılarla bağlı xüsusi problem yoxdur, KİV-də yayılan bəzi məlumatlar isə şişirdilir: “Həm də səfirlik azərbaycanlıların durumu ilə daim maraqlanır. Hər hansı narahatlıq doğuran məqam olarsa, problemi həll etməyə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR