Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 18% artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 18% artıb
# 04 iyul 2014 10:49 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin iyunun 1-nə 16 595,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 189,1 mln. manat və ya 23,8% artıb.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcm yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6 741,6 mln. manat və ya ümumi həcminin 40,6%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 653 mln. manat və ya 32,5% artıb.

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,3%-lik payla “İnşaat və əmlak” və 14,4%-lik payla “Ticarət və xidmət” sahələri qeyd etmək olar.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin iyunun 1-nə 905 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 136,3 mln. manat və ya 17,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR