“Union Lizinq” 5 mln. manat məbləğində istiqrazların emissiyasına hazırlaşır

“Union Lizinq” 5 mln. manat məbləğində istiqrazların emissiyasına hazırlaşır
# 23 iyul 2014 11:57 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Union Lizinq” ASC 5 mln. manat məbləğində istiqrazların emissiyasını planlaşdırır. Bu barədə “APA-Economics”ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ümumilikdə, hər birinin nominal qiyməti 1 000 manat olan 5 000 ədəd istiqraz buraxılıb.

İstiqrazların yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçiriləcək.

Xatırladaq ki, QKDK lizinq şirkətinin təmin edilməmiş istiqrazlarının emissiya prospektini bu həftə qeydiyyata alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR