Azərbaycanda aprelin 1-dən 30-dək hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək

Azərbaycanda aprelin 1-dən 30-dək hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək
# 29 mart 2013 09:23 (UTC +04:00)

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. BDYPİ hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, aylıq respublikanın avtomobil yollarında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsi, yollarda təhlükəsizlik mühitinin yaradılmasında hərəkət iştirakçılarının bütün kateqoriyalarının və aidiyyəti təşkilatların aktiv iştirakının təmin edilməsi məqsədilə təşkil olunacaq.

İdarə bütün hərəkət iştirakçılarını aylıq ərəfəsində yol hərəkəti qaydalarına ciddi riayət etməyə, idarə, müəssisə, təşkilat rəhbərlərini və kütləvi informasiya vasitələrini təhlükəsizlik aylığının yüksək səviyyədə keçirilməsinə yardımçı olmağa çağırır, əhalinin diqqətinin bu tədbirə cəlb edilməsi, o cümlədən hərəkət iştirakçılarının həmrəyliyinin simvolu kimi respublikanın avtomobil yollarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələrini tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR