Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsi 490 min reabilitasiya vasitəsi ilə təmin edib.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, qeyd olunan reabilitasiya vasitələrindən 3231-i təkərli oturacaq (o cümlədən 135-i mühərrikli təkərli oturacaq), 1506-sı aşağı və yuxarı ətraf protezi, 2445-i əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Bildirilib ki, həmçinin əlilliyi olan şəxslərə 6654 cüt protez və ortopedik ayaqqabı, 2089 eşitmə aparatı, 162 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.