Paşha Bank
Bank Of Baku

Bu ilin sonuna kimi Füzulinin Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı nəzərdə tutulur

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva

© APA | Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva

# 17 oktyabr 2026 14:07 (UTC +04:00)

Bu ilin sonuna kimi Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı nəzərdə tutulur.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib.

O qeyd edib ki, hazırda hər iki kənddə bərpa və tikinti işləri davam etdirilir və işlərin ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Təranə Quluyeva vurğulayıb ki, oktyabrın 17-si Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə şəhərdə silsilə tədbirlər keçirilir. O bu tarixin həm dövlət, həm də Füzuli sakinləri üçün əlamətdar olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR