Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində avtobusda oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da saat 10:30 radələrində 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar – 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyeva tutulub.
O .Məhərrəmovdan 0,757 qram, A. Kərimovdan 1,021 qram tiryək aşkar olunaraq götürülüb. Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.