Bakıda 22 yaşlı oğlan bıçaqlanıb

Bakıda 22 yaşlı oğlan bıçaqlanıb
# 07 iyul 2015 13:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 1-ci Mədən küçəsi, 47-ci korpus, ev 168-də qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Sahib Tahir oğlu Məmmədov Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü İlkin Mətləb oğlu Heydərovu bıçaqlayıb. İ.Heydərov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən S. Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR