Azərbaycan Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaradır

Azərbaycan Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaradır
# 30 iyun 2015 09:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükünün genişləndirilməsi məqsədi ilə Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında milli kənd təsərrüfatı mərkəzlərinin yaradılmasını planlaşdırır.

APA-Economics”in məlumatına görə, bu barədə “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

"Bununla da uzunmüddətli müqavilələrlə genişmiqyaslı tədarükü təmin etmiş olacağıq. Yeni bazarlarda tələbatı artırmaq üçün ilk öncə keyfiyyət artırılmalıdır. İxrac coğrafiyasına gəldikdə, bu gün bizim fermerlərin istehsal etdiyi məhsullar ənənəvi olaraq hələ də postsovet ölkələri, əsasən də Rusiya bazarına ixrac olunur. Rusiyanın müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq qurulub. Xüsusilə də, təzə və emal olunmuş meyvə-tərəvəzlə yanaşı, Rusiya istehlakçılarına üzüm şərabları, heyvandarlıq məhsullarının geniş çeşidləri təklif olunacaq. Quş əti və toyuq yumurtasının tədarükünün genişləndirilməsi nəzərdə də tutulub”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR