Manatın devalvasiyası “PASHA Bank”a 2 mln. manatdan çox ziyan vurub

Manatın devalvasiyası “PASHA Bank”a 2 mln. manatdan çox ziyan vurub
# 17 mart 2015 08:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. Manatın devalvasiyası “PASHA Bank”a 2 mln. manatdan çox ziyan vurub.

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F. Axundovun sözlərinə görə, devalvasiya daha çox açıq valyuta mövqeyi olan banklara təsir edib.

“Bizim bankın portfelinin əsas hissəsi manatladır, ona görə də bizə dəyən ziyan 2 mln. manatdan bir az çox olub”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR