Daşkəsəndə azyaşlının əli ətçəkən maşında qalıb

Daşkəsəndə azyaşlının əli ətçəkən maşında qalıb
# 08 iyun 2015 06:44 (UTC +04:00)

Bakı - APA. Daşkəsən rayonunda bir azyaşlının əli ətçəkən məişət avadanlığında qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, xəsarət alan azyaşlı Gəncə şəhəri Kəpəz rayonundakı xəstəxanaya gətirilib və bu haqda FHN-in Gəncə Regional Mərkəzinə məlumat verilib.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib və köməksiz vəziyyətdə qalmış azyaşlının əli ətçəkən məişət avadanlığından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR