Türkiyə prezidentinin İrana rəsmi səfəri başlayıb

Türkiyə prezidentinin İrana rəsmi səfəri başlayıb
# 07 aprel 2015 11:52 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğanı Tehranda İran prezidenti Həsən Ruhani qarşılayıb.

İki dövlət başçısı Türkiyə-İran Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci yığıncağına sədrlik edəcək. Bir sıra müqavilələrin imzalanmasından sonra prezidentlərin birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

R. T. Ərdoğan İranın ali dini rəhbəri Əli Xamneyi ilə də görüşəcək.

Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, gömrük və ticarət naziri Nurəddin Canikli, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömər Çelik və inkişaf naziri Cövdət Yılmaz daxildir.

Xatırladaq ki, R. T. Ərdoğan Yəməndəki vəziyyətlə əlaqədar İranı ittiham edib. Bu ittihamlardan sonra iki ölkə arasında narazılıq yaranıb, hətta səfərin təxirə salına biləcəyi bərədə ehtimallar irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR