Vüsalə Mahirqızı: “Universitetlər media ilə yüksək səviyyədə əməkdaşlığa başlayıb” - VİDEO

Vüsalə Mahirqızı: “Universitetlər media ilə yüksək səviyyədə əməkdaşlığa başlayıb” - <span style="color: red;">VİDEO
# 22 dekabr 2014 13:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Bakı Ali Neft Məktəbində Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil və media dialoqu” mövzusunda praktik konfransın ikinci panelində “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı deyib.

Ali məktəblərin mətbuat xidməti rəhbərlərinin media ilə sıx işlədiyini qeyd edən V. Mahirqızı elmin, təhsilin inkişafında bunun mühüm yol olduğunu bildirib: “Bu iş artıq sistemləşməyə doğru gedir. Operativlik təkcə onlayn deyil, bütün media növlərinə aiddir. Məlumatı daha tez və ya dəqiq vermək sualı hər zaman var. Nəzərə alaq ki, biz artıq təkcə rəqiblərlə deyil, həm də sosial media ilə yarışmaq məcburiyyətindəyik. Əvvəllər millət vəkilləri, məmurlar da hər hansı məlumatı birbaşa mətbuata verirdisə, indi artıq onların sosial şəbəkədəki hesabları xəbər mənbəyinə çevrilib. Bu isə bir çox halda medianın xəbərin ilk mənbəyi olmaq məhrum olması deməkdir”.

APA Holdinq”in rəhbəri vurğulayıb ki, operativlik istənilən media qurumu üçün önəmli məsələdir. Onun sözlərinə görə, bu gün də dünyada iki prinsip mövcuddur ki, bunlardan birincisi xəbəri ilk verib sonradan dəqiqləşdirib yeniləmək, digəri isə xəbəri gec, amma dəqiq yaymaqdır.

Holdinq prezidenti əlavə edib ki, son zamanlar xəbərə aidiyyəti olmayan dedi-qodunun yazılması, sonra da təkzib olunması halları da qeydə alınır: “Fantaziya əsasında nəsə yazmaq xəbər deyil. Xəbər yalnız içində fakt olandır. Biz xəbərin operativliyindən danışa bilərik, jurnalistikada "dedi-qodu janrı" yoxdu, ona görə də bu tipli yazıları xəbər janrına aid edib, təsnif aparmırıq. Bəzi xəbərləri gecikdirmək olmaz - əgər hadisə varsa, o verilir. Amma həmin hadisənin hansı sektorda olmasından da çox şey asılıdır. Məsələn ordu, təhsillə bağlı məsələyə həssas yanaşmaq lazımdır. Amma bütün hallarda ilk məqsəd hadisənin baş verdiyini çatdırmaq, sonra təfərrüatları dəqiqləşdirməkdir. Bu məqamda ən önəmli məsələ xəbərə cavabdeh olan rəsmi mövqe olaraq qarşı tərəfin mövqeyini öyrənməkdir. Bu cür xəbərlərin gözlənilməsi və dəqiqləşdirilməsi mümkündür. Amma məsələn, bir məktəbdə atışma olubsa, məlumat polisə daxil olubsa, orda Təhsil Nazirliyinin mövqeyini gözləmək üçün xəbərin saxlanılması və gecikdirilməsi yanlış olar. Nazirliyin mövqeyi yenilənmə prosesində xəbərə əlavə edilə bilər. Amma polisin və ya jurnalistin özünü şahidliyi olmadan belə xəbərin yazılması yolverilməzdir”.

V. Mahirqızı əlavə edib ki, qarşı tərəf də jurnalistə mütləq zamanında cavab verməlidir: “İnsanlarda ilk eşitdikləri xəbərdən yaranan təəssüratı dəyişmək çox çətindir. Buna görə də hadisənin baş verdiyi obyekt də xəbərin dəqiq və operativ yayılmasında media qədər maraqlı olmalıdır. Çünki sosial şəbəkələr və digər alternativ informasiya mənbələrində xəbər başqa cür interpretasiya olunduqdan sonra onun yaratdığı ilk təəssüratı dəyişmək çətin, bəzən isə mümkünsüz olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR