Qəbələdə iki avtomobil toqquşub, yaralananlar var

Qəbələdə iki avtomobil toqquşub, yaralananlar var
# 10 iyul 2015 10:57 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunda iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 62-ci kilometrliyində, Qəbələnin Nohurqışlaq kəndi ərazisində baş verib.

Nohurqışlaq kənd sakini, 1996-cı il təvəllüdlü Mehbağızadə Müşfiq Soltan oğlunun idarə etdiyi 60-BB-858 dövlət nömrə nişanlı VAZ-2106 markalı minik avtomobili qarşı tərəfdən gələn İmişli sakini, 1991-ci il təvəllüdlü Vəliyev Musa Şükür oğlunun idarə etdiyi 90-KK-337 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq Qəbələ Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR