Milli Məclisə seçkilərlə əlaqədar seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanır

Milli Məclisə seçkilərlə əlaqədar seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanır
# 16 sentyabr 2015 10:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sentyabrın 16-dan başlayaraq Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanacaq.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən dairə seçki komissiyaları səsvermə gününə 45–25 gün qalmış seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir.

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bu müddət sentyabrın 17-dən oktyabrın 7-dək olan dövrü əhatə edir. Məntəqə seçki komissiyaları isə səsvermə gününə 24–3 gün qalmış, yəni oktyabrın 8-dən oktyabrın 29-dək seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR