Braziliyada baş verən iğtişaşlar nəticəsində 170 nəfər xəsarət alıb

Braziliyada baş verən iğtişaşlar nəticəsində 170 nəfər xəsarət alıb
# 30 aprel 2015 01:47 (UTC +04:00)

Bakı-APA. Braziliyanın Parana ştatında kütləvi iğtişaşlar nəticəsində 170 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ştatın paytaxtı Kuritiba şəhərində qeydə alınıb.

Məlumata görə, sosial təminat sisteminin islahatına qarşı çıxan müəllimlər və onlara qoşulan digər dövlət qulluqçuları ştatın qanunverici orqanının binasına hücum etməyə cəhd edərkən polisin müqaviməti ilə rastlaşıblar.

Asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Yaralılardan 20-nin polis olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR