Slavyan Universitetində Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları ilə görüş keçirilib

Slavyan Universitetində Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları ilə görüş keçirilib
# 03 oktyabr 2014 15:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu Bakı Slavyan Universitetinin qonağı olub. BSU-nun mətbuat xidmətindən APA-ya verilən xəbər görə, Bakı Beynəlxalq Humanitar Forumunun Multikulturalizm dəyirmi masasının “Kitabi Dədə Qorqut - Nibelunqlar” panelinin iştirakçıları BSU-nun Humboldt adına tədris və mədəniyyət mərkəzində Roman-German filologiyasının tələbə və müəllim heyəti ilə görüşdə qədim və orta əsr alman ədəbiyyatı və əlyazmaları haqqında çıxış ediblər. Almanların “Nibelunqlar nəğməsi” “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə müzakirə edilib. Qonaqlar tələbə və müəllimləri maraqlandıran suallara ətraflı şəkildə cavab veriblər.

Forumun iştirakçıları tələbə və müəllimlər üçün seminar, ustad dərsləri və dəyirmi masalarda iştirak ediblər. Tacikistanın sabiq xarici işlər naziri Xanroxon Zarifi keçirdiyi ustad dərsində Tacikistanın dünya siyasi xəritəsində tutduğu mövqedən danışıb. O, Tacikistanın daxili və xarici siyasət kursu, bu respublikanın dünya geosiyasi məkanında tutduğu yer, həmçinin çoxvektorlu və balanslaşdırılmış aktiv xarici siyasət kursu haqqında tələbələri məlumatlandırıb.

BSU-nun rektoru Asif Hacıyev forumun iştirakçısı olan İsrailin Hayfa Universitetinin rektoru David Faracini qəbul edib. Görüşdə universitetlərarası dialoq və əməkdaşlıq planları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR