Ombudsman Avropa Şurasının Bakı ofisinin rəhbərini qəbul edib

Ombudsman Avropa Şurasının Bakı ofisinin rəhbərini qəbul edib
# 31 oktyabr 2014 13:09 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Ombudsman Elmira Süleymanova Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Draqana Filipoviçi qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova Azərbaycan Ombudsman təsisatının AŞ ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu, hələ 2005-ci ildə Strasburqa səfəri zamanı Müvəkkilin bu beynəlxalq qurumda işgüzar görüşlər keçirdiyini, insan hüquqlarının müxtəlif aspektləri üzrə birgə treninq-seminarların təşkilinin qərara alındığını vurğulayıb.

Ombudsman onu da əlavə edib ki, həbs olunan və təqsirləndirilən şəxslərə dəfələrlə baş çəkilir, saxlanma şəraiti, onlara qarşı rəftarın, səhhətləri, problemləri öyrənilir, öz səlahiyyətləri çərçivəsində müvafiq orqanlara müraciət edərək həllində yardımçı olur.

O, həmçinin psixiatriya klinikalarında da monitorinqlərin aparıldığnı, bu müəssisələrdə AŞ-ın müvafiq standartlarının, minimal davranış qaydalarının tətbiqinin zəruriliyini vurğulayıb.

D. Filipoviç Ombudsmanla əməkdaşlıqda maraqlı olduğunu, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Hər iki tərəfin öz imkanlarından səmərəli istifadə etməklə birgə layihələr həyata keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR