Qazax sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb

Qazax sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 19 sentyabr 2015 09:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Qazax sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Binəqədi qəsəbəsində Qazax rayon sakini Rafiq Əliyevdən 1 kiloqram 5 qram kustar üsulla hazırlanmış heroin aşkar edilərək müsadirə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR